Azərbaycan Premyer Liqasında ilk turun proqramı açıqlandı

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 1-ci turunun oyun cədvəli müəyyənləşib.

Komanda.az xəbər verir ki, Peşəkar Futbol Liqası oyunların keçirilmə gününü və başlama saatını açıqlayıb.

Mövsümə Tovuzda start veriləcək. Yerli “Turan Tovuz” avqustun 4-də elitaya qayıdan “Araz-Naxçıvan”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası, 1-ci tur

4 avqust

17:00. Turan Tovuz – Araz-Naxçıvan

Tovuz şəhər stadionu

5 avqust

18:30. Səbail – Sumqayıt

“ASCO Arena”

21:00. Qarabağ – Zirə

“Azersun Arena”

6 avqust

17:00. Kəpəz – Neftçi

Gəncə şəhər stadionu

20:00. Sabah – Qəbələ

“Bank Respublika Arena”

Qeyd: Aparılan işlərin yekunları ilə tanış olmaq məqsədiylə iyulun 31-də Tovuz və Gəncə şəhər stadionlarına yekun baxış keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button