Azərbaycan Premyer Liqası: Ən çox dəqiq ötürmə verən komandalar

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümündə ən çox dəqiq ötürmə verən komandalar məlum olub.

Komanda.az Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə istinadən xəbər verir ki, siyahıya ölkə çempionu “Qarabağ” başçılıq edir.

“Köhlən atlar”da ötürmələrin 86,2 faizi dəqiq alınıb. “Zirə” (84 faiz) bu göstəriciyə görə ikinci, “Neftçi” (83,5 faiz) isə üçüncü pillədə qərarlaşıb.

Növbəti sıralarda “Sabah” (83,3 faiz), “Kəpəz” (82,4 faiz), “Sumqayıt” (82,2 faiz), “Qəbələ” (81,6), “Səbail” (79,4), “Şamaxı” (78,8) və “Turan Tovuz” (77 faiz) yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button