
Azərbaycan millisinin üzvü oynadı, komandası uduzdu
Cənubi Koreya çempionatında 13-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” öz meydanında “Pohanq”la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Krivotsyuk da bu görüşdə meydana çıxıb. 26 yaşlı müdafiəçi meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, 81-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
“Daejeon” 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



