Azərbaycan millisinin üzvü oynadı, komandası qələbə qazandı

Niderland yüksək liqasında 25-ci turun matçları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” doğma meydanda “Qroningen”lə üz-üzə gəlib. Oyun “Volendam”ın 3:2 hesablı qalibiyyəti ilə başa çatıb.

Yığmanın yarımmüdafiəçisi 79 dəqiqə meydanda olub.

Xal ehtiyatını 27-yə çatdıran “Volendam” turnir cədvəlində təhlükəli zonadan bir qədər uzaqlaşmaqla 14-cü pilləyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button