Emil Balayevin “Tobol”dakı məvacibi bilindi

Azərbaycan millisinin üzvü Emil Balayevin Qazaxıstanın “Tobol” klubundakı qazancı məlum olub.

Komanda.az “sports.kz” saytına istinadən xəbər verir ki, 25 yaşlı qapıçı Kostanay təmsilçisində illik 200 min dollar məvacib alırdı. Emilin aylıq məvacibi isə 17 min dollara yaxın idi.

Avropa klublarının maraqlı ola biləcəyi oyunçular arasında göstərilən Emilin qazandığı məbləğin Polşa klubları üçün əlçatan olduğu bildirilib.

Emil Balayev “Tobol”a ötən mövsümün əvvəlində “Səbail”dən transfer olunmuşdu. O, komandaya erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra “Tobol”la yollarını ayırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button