Erməni üçün 3 yeni futbolçu – Emil Balayevin klubunda

Azərbaycan millisinin üzvü Emil Balayevin formasını geyindiyi “Tobol” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Kostanay təmsilçisi Aslanbek Kakimov, Aleksandr Maroçkin və Oralxan Omirtaevi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, futbolçularla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Hücumçu Oralxan və müdafiəçi Maroçkin Qazaxıstan millisinin üzvüdür. Aslanbek isə yarımmüdafiəçi mövqeyində çıxış edir.

“Tobol” klubunda baş məşqçi postuna erməni Qriqori Babayan gətirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button