Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər idarə edəcək.

Matçın baş hakimi Dario Bel olacaq. Onun köməkçiləri Qoran Pataki, İvan Yaniç və Zdenko Lovriçdir.

“Qarabağ Arena”da baş tutacaq matç martın 26-da, saat 16:00-da başlayacaq.

Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button