Azərbaycan millisinin oyununa azarkeşlər buraxılmayacaq

UEFA Millətlər Liqasının Belarus – Azərbaycan matçı azarkeşsiz keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Serbiyanın “novosti.rs” saytı məlumat yayıb. UEFA Belarus millisinin Millətlər Liqasında üç ev oyununun Serbiyanın Novi Sad şəhərində keçirilməsi haqda qərar verib. Xəbərdə bildirilir ki, Slovakiya (3 iyun), Azərbaycan (6 iyun) və Qazaxıstanla (10 iyun) oyunlara azarkeş buraxılmayacaq. Bu haqda qərarı UEFA verib.

Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyulub.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button