
Azərbaycan millisinin oyunu canlı yayımlanacaq
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində sabah Macarıstanla qarşılaşacaq.
Komanda.az xəbər verir ki, milli komandanın səfər görüşü canlı yayımlanacaq.
Yığmanın oyunu “İdman TV”də nümayiş etdiriləcək.
C Liqasının 3-cü qrupununun oyunu Macarıstanın Felksut şəhərindəki “Panço Arena”da keçiriləcək və matça saat 17:30-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



