
Azərbaycan millisinin keçmiş baş məşqçisi koordinator təyin edildi
Azərbaycan Həndbol Federasiyasında (AHF) yeni təyinat olub.
Bu barədə Komanda.az-a federasiyadan bildirilib.
“Azəryol” həndbol komandasının sabiq baş məşqçisi Vidadi Əliyev AHF-nin cənub bölgəsi üzrə koordinatoru təyin edilib. Onun rəhbərliyi ilə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında 2012–2013-cü il təvəllüdlü oğlanlardan ibarət yeni komandaların formalaşdırılması istiqamətində işlər aparılacaq.
Əliyev daha əvvəl kişilərdən ibarət “İdman Akademiyası” ilə yanaşı, milli komandanın baş məşqçisi vəzifəsində çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



