Azərbaycan millisinin Avstriya toplanışı üçün heyəti açıqlandı

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Bu barədə Komanda.az-a AFFA-dan məlumat verilib.

Komanda mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq. Milli Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoxlama oyunu keçirəcək.

Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək hər iki oyunun saat 22:00-da başlaması planlaşdırılır.

S.Ad / SoyadKlub
1Rza CəfərovQəbələ
2Şahrudin MəhəmmədəliyevQarabağ
3Emil BalayevNeftçi
4Bədavi HüseynovQarabağ
5Cəlal HüseynovArda (Bolqarıstan)
6Anton KrivotsyukDaejon Hana (Cənubi Koreya)
7Rahil MəmmədovAraz-Naxçıvan
8Elvin BədəlovNeftçi
9Rəhman DaşdəmirovSabah
10Qismət AlıyevZirə
11Elvin CəfərquliyevQarabağ
12Rüfət AbbasovŞamaxı
13Tellur MütəllimovSabah
14Toral BayramovQarabağ
15Emin MahmudovNeftçi
16Səbuhi AbdullazadəSumqayıt
17Rəhim SadıxovTuran Tovuz
18Mustafa ƏhmədzadəAraz-Naxçıvan
19Emil SəfərovNeftçi
20Abdulla XaybullayevSabah
21Aleksey İsayevSabah
22Rüstəm ƏhmədzadəSumqayıt
23Ayxan HüseynovTuran Tovuz
24Vüsal İsgəndərliPartizani (Albaniya)
25Xəyal ƏliyevSabah
26Nəriman AxundzadəKolambus Kryu (ABŞ)
27Mahir EmreliKayzerslautern (Almaniya)
28Renat DadaşovMotor (Polşa)
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button