Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu üçün heyəti və oyunlarının təqvimi açıqlanıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, komanda bu gündən aprelin 9-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

Milli komanda B Liqasının 6-cı qrupunda Xorvatiya, Çexiya və Gürcüstanla qarşılaşacaq. Bu qrupun oyunları aprelin 11-dən 17-dək Xorvatiyada keçiriləcək. Həbib Ağayevin baş məşqçisi olduğu komanda aprelin 11-də meydan sahibləri, 14-də Çexiya, 17-də isə Gürcüstan yığmaları ilə üz-üzə gələcək.

Nr.Adı / SoyadıKlub
1Nərgiz AğaliyevaŞəfa
2Firuzə BayramovaDirçəliş
3Vahidə ƏlipaşayevaDirçəliş
4Mədinə CuruqovaNeftçi
5Arzu CəfərovaŞəfa
6Səma ƏsədovaSabah
7Yelizaveta VaysmanŞəfa
8Ülviyyə İslamovaBaku Juniors
9Pərişan AbdullayevaLiman
10Xanım ƏsədovaNeftçi
11Aygün NovruzovaSabah
12Aysu ƏsədovaSabah
13Ayan AbdiyevaLiman
14Mədinə QədiməliyevaŞəfa
15Məsumə NəzərliNeftçi
16Ayşən SalamzadəNeftçi
17Arzu AğaliyevaŞəfa
18Bədriyyə MavludovaŞəfa
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button