
Azərbaycan millisindən Moldova üzərində qələbə
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Türkiyədə Moldova yığmasına qarşı oynayıb.
Komanda.az xəbər verir ki, oyun Azərbaycan yığmasının 8:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu, komandalar arasında yeganə matç olmayacaq. Belə ki, Azərbaycan və Moldova komandalarının daha iki oyunu olacaq.
Bu oyunlar aprelin 7-də və 8-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



