Azərbaycan millisi yoxlama oyunları keçirəcək

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov FİFA Series-2026 beynəlxalq turnirinin oyunlarından öncə keçirilmiş mətbuat konfransında iyunda San Marino və Malta yığmaları ilə yoxlama matçları keçirəcəyini açıqlamışdı.

Komanda.az xəbər verir ki, milli komandanın bu rəqiblərlə görüşü təsdiqlənib.

Heç bir qarşılaşmanın tarixi hələ ki, bəlli deyil. Ancaq həm Malta, həm də San-Marinoya qarşı oyun Avstriyada baş tutacaq.

Azərbaycan millisi mövsüm başa çatdıqdan sonra, iyunda Avstriyada təlim-məşq toplanışı keçəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button