Azərbaycan millisi yoxlama matçında qələbə qazandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə qələbə qazanıb.

Komanda.az xəbər verir ki, Samir Əliyevin komandası “Dalğa Arena”da baş tutan oyunda Latviyadan üstün olub.

Camal Cəfərovun 32-ci dəqiqədə vurduğu qol matçda yeganə olub və milli komanda rəqibini 1:0 hesabı ilə məğlub edib.

U-21 millisi noyabrın 21-də Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşacaq. İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda baş tutacaq oyunun start fiti saat 22:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button