Azərbaycan millisi ikinci yoxlama oyununda da uduzdu

Gürcüstanda təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi ikinci yoxlama oyununu keçirib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, komanda Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında baş tutan ilk görüş rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button