Azərbaycan millisi ikinci oyunda da uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda Şimali Makedoniya ilə qarşılaşan yığma 1:3 hesabı ilə uduzub.

Strumitsa şəhərində baş tutan matçda millinin yeganə qolunu Mədinə Yuruqova (35) vurub.

U-19 ilk matçında sloveniyalı həmyaşıdlarına 0:2 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button