Azərbaycan millisi dünya çempionatına qatılacaq

Azərbaycan millisi sentyabrın 4-17-si aralığında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatına qatılacaq.

Komanda.az xəbər verir ki, mundial Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Yarışda 894 atlet (469 kişi, 425 qadın) iştirak edəcək. Azərbaycanı qadınlar arasında Nazilə İsmayılova (49 kq) və Günel Vəliyeva (76 kq) təmsil edəcək.

Kişilərin mübarizəsinə isə İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) qatılacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button