Azərbaycan millisi bu gün Ukrayna yığması ilə qarşılaşacaq

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, yığma komanda Ukrayna millisi ilə üz-üzə gələcək.

“Qarabağ Arena”da baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək. Oyunu xorvatiyalı hakim Dario Bel idarə edəcək.

Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir. U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button