Azərbaycan millisi bu gün səfərdə Bolqarıstanla qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu komanda səfərdə Bolqarıstanla üz-üzə gələcək.

Qarşılaşma Plovdiv şəhərində, saat 20:00-da start götürəcək.

U-21 altı komandanın yer aldığı B qrupunda 5 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 10 xalla dördüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button