Azərbaycan millisi bu gün Avropa çempionatında ilk oyununa çıxacaq

Slovakiyanın paytaxtı Bratislava şəhərində minifutbol üzrə Avropa çempionatı keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandası bu gün ilk oyununa çıxacaq.

Elşad Quliyevin rəhbərlik etdiyi komanda Avstriya yığması ilə üz-üzə gələcək. Qarşılaşma saat 15:30-da start götürəcək.

F qrupunda mübarizə aparan milli komanda mayın 29-da İtaliya, 30-da isə Fransa ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button