
Azərbaycan millisi Belarusla ikinci oyunda qalib gəldi
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununu keçirib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda yenə Belarus millisi ilə qarşılaşıb. Su İdmanı Sarayında təşkil olunan görüş millimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.
Azərbaycan millisi ilk oyunda bu rəqibə 1:3 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



