De Byazi: “İtaliya millisi Belçikanı məğlub edə bilər”

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində bu gün keçiriləcək Belçika – İtaliya matçı ilə bağlı fikirlərini bildirib.

Komanda.az “tuttojuve.com” saytına istinadən xəbər verir ki, “Bianconera” radiosuna danışan De Byazi, İtaliya yığmasının qələbə qazana biləcəyini deyib:

“İtaliya millisi Belçikanı məğlub edə bilər. Roberto Mançini ona həlledici imkanlar verən yaxşı heyətə sahibdir”.

De Byazi “Yuventus”un yeni baş məşqçisi Massimiliano Alleqri haqda da danışıb:

“Alleqri yenə də yaxşı nəticə verəcək. Çünki oyunçularla münasibəti yaxşıdır və taktiki cəhətdən də çevikdir. Kriştiano Ronaldo? Ona qarşı şübhə yoxdur, ancaq balanslılıq baxımından yenə düşünmək lazımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button