Azərbaycan kubokunda növbəti 1/4 finalçı müəyyənləşdi

Basketbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında “Naxçıvan”la qarşılaşan “Quba” 105:98 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.

Bölgə təmsilçisinin növbəti raunddakı rəqibi “Sabah” olacaq. Bu mərhələnin oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.

Daha əvvəl “Neftçi” 1/4 finala yüksələrək “Gəncə” kollektivinə rəqib olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button