Azərbaycan Kubokunda ilk qaliblər müəyyənləşdi

Bu gün futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, bu mərhələdə birinci və ikinci liqa komandaları bir-birinə rəqib olub.

Mərhələnin ilk iki oyunu gərgin mübarizə ilə yadda qalıb. Fasiləyə qədər rəqib qapısından 2 cavabsız top keçirmiş “Green Log” ikinci hissədə qapısını toxunulmaz saxlaya bilməyib. “Baker Tilly” fərqi minimuma endirsə də, artığına gücü çatmayıb.

U-19 da mübarizəni startdaca dayandırıb. “Advokat”la matçın gedişində 2 top fərqi ilə geri düşən Ağatahir Əzimovun yetirmələri status-kvonu bərpa etsə də, sona yaxın məğlubiyyətdən qaça bilməyib.

Üçüncü oyun məhsuldarlığı ilə yadda qalıb. “Borçalı” böyükhesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb. Elə ADBTİA da inamlı qələbə qazanıb.

Azərbaycan Kuboku, 1/32 final

11 yanvar

Green Log – Baker Tilly 2:1

Qol
: F. Cəfərov, 04:39, S. Namazov, 13:27 – Y. Əmirəliyev, 19:16.

Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Vaqif Musayev.
Olimpik Star. Saat 18:30.

U-19 – Advokat 3:4

Qol
: R. Rüstəmov, 09:46, 12:44, N. Mehdizadə, 17:57 – E. Şirinli, 03:15, 13:03, C. Şirinli, 05:10, 23:36.

Hakimlər: Ramil Namazov, Azər Əsgərov, Elmir Quluzadə.
Olimpik Star. Saat 19:30.

Şərq – Borçalı 2:16

Qol
: A. Ağabalayev, 07:52, İ. Rəsulov, 27:48 // A. Qasımov, 01:45, 11:00, O. Gülməmmədli, 03:38, P. Kərimov, 09:27, 16:06, 24:56, 27:42, R. Yolçuyev, 11:18, R. Xıdırov, 11:39, 13:06, 19:41, 20:03, A. İsmayılov, 17:03, F. Hümbətov, 17:57, 28:25, O. Qəhrəmanov, 20:29.

Hakimlər: Rahin Heybətov, Anar Fərəcov, Elman Musayev.
Olimpik Star. Saat 20:30.

ADBTİA – Baker Hughes 9:2

Qol
: M. Rzayev, 03:47, 05:40, 29:22, R. Rüstəmli, 14:24, 26:36, E. Cəbrayılov, 15:55, 17:32, N. Quliyev, 20:57, Ə. Əliyev, 25:44 – İ. Səlimov, 15:35, 29:50.

Hakimlər: Azər Əsgərov, Mehman Mahmudov, Vaqif Musayev.
Olimpik Star. Saat 21:30.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button