“Qəbələ” “Səbail”ə ilk oyunda qalib gəldi

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk matçı keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyunda “Qəbələ” “Səbail”i qəbul edib.

İndiyə qədər bu turnirdə komandaların yolları bir dəfə kəsişib. 2017/18 mövsümünə təsadüf edən 1/4 final matçlarının hər ikisində qələbə qazanan region təmsilçisi adını növbəti mərhələyə yazdırıb – 1:0 və 4:2.

Budəfəki oyunda da “Qəbələ” qələbəni bayram edən tərəf olub. Tərəflər arasındakı cavab görüşü aprelin 27-də keçiriləcək.

Aprelin 19-da digər yarımfinal matçında “Neftçi” “Turan Tovuz”un qonağı olacaq.

Azərbaycan kuboku, yarımfinal

İlk oyun

18 aprel

Qəbələ – Səbail 3:2
Qol: Rafael Utziq, 34; 66. Felipe Santos, 74 – İlkin Muradov, 9. Emil Martinov, 21.
Qəbələ şəhər stadionu

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 4. Ruan Renato, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 91. Ramon Maçado, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Səbail: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk.
Baş məşqçi: Şahin Diniyev.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button