Azərbaycan kuboku: “Neftçi”dən yeni rekord

“Neftçi” Azərbaycan kubokunda yeni rekorda imza atıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu 11-ci dəfə finala yüksəlib.

“Ağ-qaralar” yarımfinalda Tovuzun “Turan” klubunu mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə məğlub olan “Neftçi” evdə 2 cavabsız qolla qalib gəlib.

Tarixində 11-ci dəfə həlledici matça vəsiqəni təmin edən paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçu olub. Buna qədər “Neftçi” və “Qarabağ” hərəyə 10 dəfə final həyəcanı yaşayıblar. 11-ci belə sınağa çıxacaq “ağ-qaralar” 6, Ağdam klubu 7 dəfə kuboku qazanıb.

1994/95, 1995/96, 1998/99, 2003/04, 2012/13, 2013/14 mövsümlərində kuboku başı üzərinə qaldıran bakılılar dörd dəfə (2000/01, 2011/12, 2014/15, 2015/16) finalda uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button