Azərbaycan komandasından şahmat olimpiadasında bürünc medal

Azərbaycan komandası Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasında bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, Fərid Abbasovun kapitanı olduğu kollektiv yarışın sonuncu turunda “Türkiyə-Anadolu” klubunu 2,5:1,5 hesabıyla məğlub edib. Bununla da, xalını 13-ə çatdıran ölkənin əsas təmsilçisi 3-cü yeri tutub.

Qalib 18 xal qazanan Türkiyənin birinci komandası olub. Özbəkistanın birinci yığması isə ikinci yeri tutub.

Bu gün Naxçıvan olimpiadasının bağlanış mərasimi keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button