Azərbaycan güləşçiləri Bolqarıstanda bürünc medal uğrunda güləşəcək

Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov – Nikola Petrov xatirə turnirinə start verilib.

Komanda.az xəbər veirr ki, ilk yarış günündə 4 təmsilçimiz xalça üzərinə çıxıb.

İntiqam Vəlizadə (61 kq) startda uğursuzluqla üzləşib. Həmyerlimiz amerikalı Qabe Taunsellə görüşdə zədələnərək mübarizəni başa vurub.

Əşrəf Aşırov (79 kq) ilk görüşdə gürcü Temuri Beruaşviliyə sonuncu xal (3:3) prinsipinə əsasən qalib gəlib. Ancaq 1/4 finalda dördqat dünya və ikiqat Avropa üçüncüsü Əli Şabanova (Belarus) məğlub olub.

Osman Nurməhəmmədov (92 kq) əvvəlcə bolqar İliya Xristov (13:2), daha sonra isə iranlı Mehdi Hacılueyanmurafah (9:2) üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında Ahmed Batayev (Bolqarıstan) 4:6 hesabıyla məğlub olan Osman bürünc medal uğrunda güləşəcək.

Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova (65 kq) macar Viktoriya Felhonu “tuşe” ilə üstələyib. Ancaq yarımfinalda amerikalı Mallori Velteyə (0:8) uduzan Manolova da ümidini bürünc medala bağlayıb.

Bu çəkilərdə təsəlliverici və medal görüşləri fevralın 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button