Azərbaycan güləşçiləri Antalyadakı turniri 13 medalla başa vurublar

Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 13 medalla başa vurublar.

Bu barədə Komanda.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Turnirin son günündə 4 güləşçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) gümüş, Muxamad Qantemirov isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Tural Əhmədov (63 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Sərbəst güləş üzrə Azərbaycan millisi turniri 119 xalla komanda hesabında 3-cü pillədə yer alıb.

Beləliklə, “Çempionlar” turnirində güləşçilərimiz ümumilikdə 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button