Azərbaycan cüdoçusu Polşada çempion oldu

Polşanın Poznan şəhərində gənc cüdoçular arasında Avropa kubokuna start verilib.

Komanda.az xəbər verir ki, 17 ölkədən 287 idmançının iştirak etdiyi turnirdə Azərbaycan cüdoçuları da medallar və reytinq xalları uğrunda mübarizə aparırlar.

İlk yarış günü Azərbaycan yığması üçün uğurlu alınıb. Komandamız ilk gündə 1 qızıl və 1 gümüş medal qazanıb.

Aytac Qardaşxanlı (63 kq) final görüşündə polşalı rəqibi Aqata Palkaya qalib gələrək qızıl medal əldə edib.

Qədir Hüseynov (73 kq) isə ukraynalı rəqibi Vladislav Kazimirova qalib gələrək bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button