Azərbaycan cüdoçularından Rumıniyada 5 medal

Azərbaycan cüdoçuları Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən böyüklər arasında Açıq Avropa turnirinin ilk günündə 5 medal qazanıb.

Komanda.az xəbər verir ki, medallardan 2-si qızıl, 3-ü bürünc əyarlı olub.

Baş mükafatları Nazir Talıbov (60 kq) və Telman Vəliyev (73 kq) millimizin hesabına yazdırıb. Onlar finalda, müvafiq olaraq, Coşua Cayls (Böyük Britaniya) və Aleksandr Qableri (Almaniya) yeniblər. “Bürünc”lərə isə Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq) və Nəriman Mirzəyev (73 kq) sahib çıxıb.

Beləliklə, ilk yarış günündə mübarizəyə qoşulan 11 təmsilçimizdən beşi mükafatçılar sırasına düşüb. Bu nəticələrdən sonra Azərbaycan yığması ümumkomanda hesabında 33 ölkə arasında ilk pillədə qərarlaşıb.

Sabah – yarışın son günündə daha 6 təmsilçimiz tatami üzərinə çıxacaq. Kişilərdən Kərim Allahverdiyev, Hasil Cəfərov (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq) və İmran Yusifov (+100 kq), qadınlardan isə Südabə Ağayeva ilə Günel Həsənli (hər ikisi 70 kq) uğur qazanmağa çalışacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button