Azərbaycan cüdoçularından Madriddə iki medal

Bu gün İspaniyanın paytaxtı Madriddə cüdo üzrə Açıq Avropa turniri start götürüb.

Komanda.az xəbər verir ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə iki medal qazanıblar. Kişilərin 60 kq çəki dərəcəsində yer alan Nazir Talıbov gümüş, qadınların 48 kq çəkisində çıxış edən Leyla Əliyeva isə bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan komandası yarışa 13 idmançı ilə qatılıb. 40 ölkədən 400-dən çox idmançının mübarizə apardığı turnir iki gün davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button