Azərbaycan cüdoçularından Avropa kubokunda 2 medal

Bosniya və Herseqovinada keçirilən gənclər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan turnirdə gənc qız və oğlanlardan ibarət 7 idmançı ilə təmsil olunub.

48 kq çəki dərəcəsindəsində yarışan idmançımız Könül Əliyeva turniri gümüş medalla başa vurub. 63 kq-da yarışan Aytac Qardaşxanlı isə Avropa kubokunun bürünc medalını qazanıb.

Beləliklə, Azərbaycan yığması Banya Lukada ümumilikdə 2 medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button