Azərbaycan cüdoçuları DÇ-yə İtaliyada hazırlaşırlar

Azərbaycan cüdoçuları 6-12 oktyabrda Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb.

Komanda.az xəbər verir ki, sentyabrın 12-dən 16-dək İtaliyanın Riççione şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında milli komandanın 14 kişi və 2 qadın cüdoçusu iştirak edirlər.

Qeyd edək ki, təlim-məşq toplanışına 34 ölkədən 281 idmançı qatılıb. Hazırlıq prosesində idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.

Cüdoçularımıza böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button