Azərbaycan Basketbol Liqasının qalibi bəlli oldu

“Sabah” Azərbaycan Basketbol Liqasının qalibi olub.

Komanda.az xəbər verir ki Bakı İdman Sarayında təşkil olunan final seriyasının altıncı oyununda “Neftçi”yə 83:78 hesabı ilə qalib gələn “bayquşlar” qızıl medallara sahib çıxıblar.

Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv həlledici seriyada dördüncü qələbəni əldə etməklə çempionluq sevinci yaşayıb.

Tərəflər arasında əvvəlki 5 görüşdə “Sabah” 3, “Neftçi” isə 2 qələbə qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button