Azərbaycan Basketbol Liqasının oyunlarına iki əcnəbi hakim dəvət olunub

Azərbaycan Basketbol Liqasının (ABL) pley-in və pley-off mərhələlərində baş tutacaq oyunların idarə olunması üçün FIBA dərəcəli iki əcnəbi hakim dəvət olunub.

Bu barədə Komanda.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Təcrübəli hakimlər Nemanya Vlahoviç (Serbiya) və Nace Mohoriç (Sloveniya) artıq bir neçə pley-in oyununda da hakimlər briqadasında yer alıblar.

Bildirilib ki, FIBA dərəcəli hakimlərin belə önəmli oyunlarda yer alması, azərbaycanlı gənc hakimlər üçün də canlı təcrübədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button