Azərbaycan Basketbol Liqasında ilk finalçı məlum oldu

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Sabah” həlledici mərhələdə iştirak hüququ qazanıb. Paytaxt təmsilçisi yarımfinal mərhələsinin ikinci oyununda səfərdə “Şəki”ni 96:72 hesabı ilə üstələyib. Bakı klubu ilk görüşdə də qalib gəlmişdi – 86:73.

İkinci yarımfinal qarşılaşmasında “Neftçi” və “Abşeron” münasibətlərinə aydınlıq gətirəcək. Oyun saat 19:00-da başlayacaq. İlk matç “ağ-qaralar”ın 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button