Azərbaycan badmintonçuları Bolqarıstanda “bürünc” qazanıb

Azərbaycanın 19 yaşadək badmintonçuları Bolqarıstanın Svilenqrad şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.

Bu barədə Komanda.az-a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ülvi Hüseynov və Leyla Camalzadə tandemi qarışıq qoşa kateqoriyasında yarmfinala yüksəlməklə “Bulgarian Junior International 2025” turnirinin bürünc mükafatına sahib çıxıblar.

Yarmfinala gedən yolda Lüksemburq və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələn idmançılar finalın bir addımlığında Ülvi Hüseynovun zədələməsi səbəbindən mübarizəni dayandırılmalı olublar.

Leyla Camalzadə qızların şəxsi yarışında 1/8, Ülvi Hüseynov isə oğlanların şəxsi yarışında 1/4 finala kimi irəliləməyi bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button