Əliyevin komandası Moskva “Lokomotiv”indən xal aldı

Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda Moskva “Lokomotiv”i ilə üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Daha çox əvəzedici komandada çıxış edən Möhbalıyevin adı isə ümumiyyətlə, bu matçın iştirak ərizəsinə daxil edilməyib.

“Ufa” 15 turdan sonra 17 xalla 16 kollektiv arasında 8-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button