
Azərbaycanlı hakim-inspektor İngiltərənin oyununa təyinat alıb
Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli təyinat alıb.
Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Avropa çempionatının əsas mərhələsində 8-ci qrupda keçiriləcək İsveçrə – İngiltərə oyununda hakimlərin işini qiymətləndirəcək.
Qarşılaşma aprelin 15-də Yverdon şəhərində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



