Əliyar Ağayevdən 7 “sarı”

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununu idarə edib.

Komanda.az xəbər verir ki, o, çempionluq qrupunun 2-ci turunun “Panatinaikos” – PAOK matçının baş hakimi olub. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb. Ağayev meydan sahiblərinin 3, qonaqların isə 4 futbolçusuna sarı vərəqə göstərib.

Əliyar Ağayevə bu qarşılaşmada yan xətt hakimləri Zeynal Zeynalovla Akif Əmirəli kömək edib.

Yunanıstan Super Liqasında “Olimpiakos” komandası 73 xalla liderdir. PAOK 50 xalla 3-cü, “Panatinaikos” isə 49 xalla 4-cü sıradadır.