Azərbaycanlı atletlərdən qran-pridə ilk olaraq İsmayılova yarışdı

Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 2-ci qran-pri yarışına start verilib.

Komanda.az xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.

Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Onlardan ilk olaraq Nazilə İsmayılova bu gün mübarizəyə qoşulub. O, 49 kq çəki dərəcəsinin C qrupunda çıxış edib. İdmançımız toplam 143 (65+78) kq nəticə göstərib. İsmayılovanın yekun sıralamadakı yeri B və A qruplarında çıxışlar bitəndən sonra bilinəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button