“Azərbaycanla oyunda yaxşı nəticə üçün hər şeyi edəcəyik”

Futbol üzrə Moldova millisinin hücumçusu Vitali Damaşkan Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 23 yaşlı futbolçu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Yaxşı nəticə qazanmaq üçün hər şeyi edəcəyik. Azərbaycan yığması ilə bundan əvvəlki yoxlama oyununda vurduğum qolu yaxşı xatırlayıram. Milli komanda səviyyəsində asan və rahat oyunlar olmur. Hər bir rəqiblə oynamaq çətindir.

İstənilən oyunda azarkeşlərin dəstəyi çox önəmlidir. Onlarsız futbolun mənası yoxdur. Biz fanatlardan asılıyıq. Tamaşaçısız oynamaq ağırdır. Qarşıdakı yoldaşlıq görüşlərində də çoxlu sayda azarkeş gözləyirəm”.

Sabah Kişinyovdakı “Zimbru” stadionunda baş tutacaq Moldova – Azərbaycan matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button