
Azərbaycanın parabadmintonçusu İspaniyada gümüş medal qazanıb
Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb.
Komanda.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, 20 yaşlı idmançı parabadmintonçuların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) fərqlənib.
Təmsilçimiz polşalı komanda yoldaşı Bartlomiej Mrozla birlikdə çıxış edərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



