Azərbaycan güləşçiləri Olimpiadaya lisenziya şansını əldən verdi

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri start götürüb.

Komanda.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilər mübarizəyə başlayıb.

Georgi Edişeraşvili ilk mərhələdə gürcü həmkarına qalib gəlib. Təcrübəli güləşçimiz daha sonra pakistanlı rəqibini məyus edib. Yığma üzvü tacikistanlı güləşçini də böyük fərqlə məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Monqolustan idmançısına məğlub olan Edişeraşvili Olimpiadaya lisenziya qazana bilməyib.

Abubakr Abakarov debütdə İstail güləşçisi üzərində inamlı qələbə qazanıb. Təmsilçimiz növbəti mərhələdə Gürcüstan pəhləvanını tam üstünlüklə sıradan çıxarıb. Qazaxıstan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Sonuncu xal prinsipinə əsasən Abakarov adını yarımfinala yazdırıb. Slovakya təmsilçisiylə qarşılaşmada 4:0 öndə olan Abubakr sonradan təşəbbüsü əldən verərək məğlub olub.

Mübarizəyə 1/8 finaldan qoşulan Vahid Qalayev ispaniyalı idmançını vaxtından əvvəl üstələyib. Ancaq daha sonra Venesueladan olan həmkarına uduzub.

57 kq
Təsnifat: Georgi Edişeraşvili – Otari Qoqava (Gürcüstan) 4:0
1/8 final: Georgi Edişeraşvili – Məhəmməd Bilal (Pakistan) 6:2
1/4 final: Georgi Edişeraşvili – Məhəmməd İkramov (Tacikistan) 11:4
1/2 final: Georgi Edişeraşvili – Bexbayar Erdenebat (Monqolustan) 2:6
Bürünc medal görüşü: Georgi Edişeraşvili – Taras Markoviç (Ukrayna) / Givi Davidovi (İtaliya)

86 kq
Təsnifat: Abubakr Abakarov – Uri Kalaşnikov (İsrail) 8:1
1/8 final: Abubakr Abakarov – Sandro Aminaşvili (Gürcüstan) 14:3
1/4 final: Abubakr Abakarov – Azamat Dauletbekov (Qazaxıstan) 2:2 1/2 final: Abubakr Abakarov – Boris Makoyev (Slovakiya) 4:4
Bürünc medal görüşü: Abubakr Abakarov

125 kq
1/8 final: Vahid Qalayev – Xose Kuba Vaskes (İspaniya) 10:0
1/4 final: Vahid Qalayev – Xose Dias Robertti (Venesuela) 3:3*