Azərbaycanın fiqurlu konkisürəni 11-ci oldu

Azərbaycanın yeniyetmə fiqurlu konkisürəni Səbinə Əliyeva Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib.

Komanda.az Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, o, “Bosphorus Istanbul Cup 2023“də 112,47 xalla 11-ci yeri tutub.

Turnirdə 35 ölkənin təmsilçiləri mübarizə aparıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button