Azərbaycanın basketbol millisi bu gün Lüksemburqla qarşılaşacaq

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Komanda.az xəbər veri ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda 5-ci turda səfərdə Lüksemburqla üz-üzə gələcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

Azərbaycan millisi iyulun 5-də Bakıda İrlandiya ilə qarşılaşacaq. Komanda hazırda 5 xalla dördüncü pillədə qərarlaşıb. Şimali Makedoniya 8 xalla liderdir, ikinci sıradakı Lüksemburqun 6, üçüncü mövqedəki İrlandiyanın 5 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button