Azərbaycan yığmalarından növbəti qələbə
Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 4-cü tur başa çatıb.
Komanda.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması 4-cü turda Monteneqro üzərində qələbə qazanıb – 3:1. Hesabat turunda Aydın Süleymanlıyla Şəhriyar Məmmədyarov qalib gəlib. Nicat Abasov və Rauf Məmmədov heç-heçə oynayıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi isə Sloveniya komandasını üstələyib – 3:1. Günay Məmmədzaylə Gövhər Beydullayeva partiyanı qələbəylə bitirib. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova isə heç-heçəylə kifayətlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin