“Qarabağ” və “Neftçi”nin yoxlama oyunları ləğv oluna bilər

Azərbaycan Premyer Liqası klublarının iyunun 21-də bərpa olunacaq çempionata hazırlıq məsqədilə keçirməyi planlaşdırdıqları yoxlama oyunları ləğv oluna bilər.

Komanda.az xəbər verir ki, buna səbəb 13-15 iyun tarixlərində ölkədə sərt karantin rejiminin tətbiq oluna biləcəyidir. Buna görə də, iyunun 14-də keçirilməsi nəzərdə tutulan “Qarabağ” – “Səbail” və “Neftçi” – “Qəbələ” görüşləri oynanılmaya bilər.

Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.